ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
“Uğur yolu” karyera inkişafı proqramına qeydiyyat başladı

Bu gündən İqtisadiyyat Nazirliyində təşkil olunan “Uğur yolu” karyera inkişafı proqramında iştirak üçün qeydiyyat başlanır. Müsabiqəyə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda çalışan bütün ali təhsilli əməkdaşlar qoşula bilər.

Müsabiqənin seçim mərhələlərini uğurla keçərək müsabiqə qalibi elan edilmiş iştirakçılar müvafiq inkişaf proqramına cəlb olunacaq. İnkişaf proqramına müxtəlif təlimlər, kouçinq sessiyaları, Nazirliyin idarəçi rəhbərləri ilə mentorluq proqramı daxildir.

Müsabiqə qeydiyyat, test imtahanları, yarımfinal, finaldan ibarət olmaqla 4 mərhələdə keçiriləcək. İqtisadiyyat Nazirliyinin müsabiqədə iştirak etmək istəyən əməkdaşları “Uğur yolu” kayera inkişafı proqramının rəsmi internet saytında (www.uguryol.az) Şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilər.

Qeydiyyat 4 iyun 2022-ci il tarixinədək davam edəcək.