ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidməti ilə ADA Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə ADA Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənədin imzalanmasında məqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir.

Sənədi Universitetin İcraçı prorektoru Fariz İsmayılzadə və Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli imzalayıblar.

ADA Universitetinin dövlət və özəl sektorda faəliyyət göstərən qurum və şirkətlərlə davamlı olaraq əməkdaşlıq etdiyini vurğulayan Fariz İsmayılzadə Dövlət Xidməti ilə qurulan əməkdaşlığın strateji xarakter daşıdığını, Universitetin tələbə və müəllim heyətinin elmi və praktiki potensialı vasitəsilə bu əməkdaşlığın daha da genişlənəcəyini bildirib.

Universitetlə əməkdaşlığın əhəmiyyətindən danışan Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qeyd edib ki, bazarda ədalətli rəqabət mühitinin təmin olunması, keyfiyyət infrastrukturunun qurulması, dövlət satınalmalarına nəzarətin təkmilləşdirilməsi və sair qarşıya qoyulan məqsədlərə çatmaq üçün Xidmətin bilik və bacarıqlı gənclərə ehtiyacı var.

Memoranduma əsasən, tərəflər təhsil və texnologiya sahələrində innovativ fəaliyyəti sürətləndirmək məqsədilə birgə layihə və tədqiqatlar həyata keçirəcək, konfrans, təlim və seminarlar təşkil edəcəklər.

 Memorandum ADA tələbələrinə istehsalat təcrübəsinin təşkilini, onların yay təcrübə proqramlarında iştirakını və sertifikatla təmin edilməsini, habelə məzunların və xüsusi istedadlı tələbələrin işlə təmin edilməsini nəzərdə tutur.

Əməkdaşlıq Memorandumu çərçivəsində Dövlət Xidmətinin əməkdaşları üçün Universitet tərəfindən İxtisasartırma kursları təşkil ediləcək, tələbələri Dövlət Xidmətinin fəaliyyəti və Xidmətdə mövcud olan vəzifələr haqda məlumatlandırmaq üçün Universitetdə “Karyera günləri” keçiriləcək. Bununla yanaşı, ikitərəfli əlaqələrdə davamlılığın təmin edilməsi, eləcə də müvafiq peşə sahələrinə uyğun kadr potensialının gücləndirilməsi istiqamətində tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya mövzuları Dövlət Xidmətinin həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndiriləcək.