twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidməti ilə Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyi arasında görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Tədbirdə Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov, Xidmətin struktur bölmə rəhbərləri və Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Görüş zamanı S.Məmmədov antiinhisar sahəsində görülən işlər və Dövlət Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, ən starateji sahələrdən biri hesab edilən dövlət satınalmalarına nəzarət sahəsində sürətli islahatlar aparılır və insan faktorunun minimuma endirilməsi məqsədilə bütün proseslər tədricən rəqəmsallaşdırılır.

Çıxışında A.Burxanov qeyd edib ki, rəqabət sahəsində 30 illik təcrübəsi olan Dövlət Xidməti ilə fikir mübadiləsində iştirak etmək Özəbəkistanda bu sahənin  təkmilləşdirilməsi üçün önəmli əhəmiyyət kəsb edir.

Tədbirdə qurumlar arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.