- malın adı
- markası
- modeli
- artikulu
- qiyməti olan yarlığı
- malların texniki xüsusiyyətlərini əks etdirən qısa annotasiyası
Satıcı istehlakçının tələbi və iştirakı ilə məişət təyinatlı mürəkkəb texniki malların quruluşunu, iş prinsipini, standartlara uyğunluğunu əyani nümayiş etdirməyə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumat verməyə, mala aid sənədləri təqdim etməyə borcludur! İstehsalçı tərəfindən hazırlanmış ehtiyat hissələri və sənədlər istehlakçıya təqdim edilməlidir. Eyni zamanda, satıcı istehlakçının müstəqil olaraq yığmasına və quraşdırmasına yol verilməyən texniki mürəkkəb malı onun evində yığmağa və (və ya) quraşdırmağa borcludur. Əgər malın yığılması və quraşdırılması xərcləri malın dəyərinə daxil edilibsə, bu halda qeyd olunan işlər satıcı, yaxud müvafiq təşkilat tərəfindən pulsuz yerinə yetirilməlidir.