Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Rəqabət və dövlət satınalmaları sahələrində qanunvericiliyin tətbiqinə dair maarifləndirici seminar keçirilib

Seminarda rəqabət və dövlət satınalmaları sahəsində qanunvericiliyin tələbləri, sahibkarların hüquq və öhdəlikləri, eləcə də müvafiq sahələrdə tətbiq olunan tənzimləmə mexanizmləri barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə biznes subyektlərinin nümayəndələri üçün onlayn maarifləndirici seminar keçirilib. Pərakəndə ticarət, istehsal, ixrac, logistika, nəqliyyat, xidmət və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox biznes subyektinin təmsil olunduğu tədbir çərçivəsində rəqabət və dövlət satınalmaları sahələrində qanunvericiliyin tətbiqi ilə bağlı aktual məsələlər müzakirə edilib.

Tədbirdə Agentlik sədrinin birinci müavini Cəfər Babayev və sədr müavini Mirzə Mirzəyev çıxış ediblər.

Çıxışlar zamanı Rəqabət Məcəlləsinin ölkədə sağlam rəqabət mühitinin qorunması, bazar iştirakçılarının fəaliyyətinin tənzimlənməsi, onların hüquq və öhdəliklərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin bazar payı ilə yanaşı, təsərrüfat subyektinin bazara təsir imkanları və digər iqtisadi amillər nəzərə alınmaqla hökmran mövqenin qiymətləndirilməsi, o cümlədən rəqabəti məhdudlaşdıran davranışların yolverilməzliyi diqqətə çatdırılıb.

Bununla yanaşı, dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumat verilib, icra təminatının müddətlərinin tənzimlənməsi, tender təkliflərinin təminatı qismində təqdim olunan maliyyə alətlərinin növləri və onlara dair tələblər, satınalma predmetinə uyğun peşəkarlıq və təcrübə meyarları, eləcə də etibarsız təchizatçıların reyestrinin aparılması və müvafiq statusun tətbiqi mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda sahibkarların müraciət və təklifləri dinlənilib, sualları praktiki izahlarla cavablandırılıb.