Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Akkreditasiya edilmiş sınaq laboratoriyalarının nümayəndələri ilə maarifləndirici görüş keçirilib

Görüşdə Keyfiyyət informasiya sistemindən istifadə qaydaları, bu sahədə qanunvericiliyin tələbləri və Agentlik tərəfindən müvafiq istiqamətdə görülmüş işlərlə bağlı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində akkreditasiya edilmiş sınaq laboratoriyalarının nümayəndələri ilə Keyfiyyət informasiya sistemindən (e-keyfiyyet.gov.az) istifadə metodları və qanunvericiliyin tələblərinə dair maarifləndirici görüş keçirilib. Görüşdə ümumilikdə 18 sınaq laboratoriyasını təmsil edən nümayəndələr iştirak edib.

Tədbir çərçivəsində Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin əməkdaşı Bəhruz Baxşəliyev akkreditasiya edilmiş sınaq laboratoriyaları tərəfindən aparılan sınaq nəticələrinin Keyfiyyət informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsi qaydasına diqqət çəkib. Vurğulanıb ki, sözügedən informasiya sistemindən istifadə sənədləşmə proseslərinin elektronlaşdırılmasına, kağız dövriyyəsinin və vaxt itkisinin azaldılmasına, əməliyyatların sürətləndirilməsinə, eləcə də elektron hesabatlılığın təmin edilməsinə imkan yaradır.

Görüş zamanı Agentliyin əməkdaşı Nəriman Kamallı tərəfindən Keyfiyyət informasiya sistemi vasitəsilə cari ildə yaradılmış və rəsmiləşdirilmiş sənədlər, eləcə də nəzarət tədbirləri barədə statistik məlumatlara dair təqdimat nümayiş etdirilib.

Sonda akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların nümayəndələri tərəfindən irəli sürülmüş təkliflər barədə müzakirələr aparılıb.