Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Media nümayəndələri üçün dövlət satınalmaları mövzusunda təlim təşkil edilib

 

Maarifləndirici tədbir çərçivəsində dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin tələbləri, satınalma prosedurları və mərhələləri, tənzimləmə alətləri, dövlət satınalan təşkilatları və nəzarət orqanının rolu barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” mövzusunda təlim keçirilib. Şamaxı şəhərində baş tutan təlimə müxtəlif media qurumlarını təmsil edən 40-dan çox iştirakçı qatılıb.

Tədbir media mənsublarının dövlət satınalmaları üzrə sahəvi biliklərinin artırılması, eləcə də müvafiq sahədə aktual məsələlər və çağırışlar barədə məlumatlandırılması məqsədilə təşkil olunub.

Tədbir çərçivəsində açılış nitqi ilə çıxış edən Agentlik sədrinin müavini Mirzə Mirzəyev biznes subyektlərinin dövlət sifarişlərinə çıxışı və elektron satınalma imkanlarının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən bəhs edib, sahibkarlıq subyektlərini dövlət satınalmalarında fəal iştiraka dəvət edib. Bu sahədə həyata keçirilən işlərin əsas hədəfinin satınalma proseslərində əlçatanlıq və yüksək iştirakçılığın təmin edilməsi, biznes subyektləri üçün bərabər imkanların yaradılması və d.övlət vəsaitlərindən səmərəli istifadənin təşviqi olduğu bildirilib.

Təlim Agentliyin əməkdaşı Nicat Xəlilovun dövlət satınalmalarının normativ-hüquqi əsasları,  satınalma prosesinin mərhələləri, dövlət satınalan təşkilatları, nəzarət orqanı və təchizatçıların prosesdə rolu və digər aktual məsələləri əhatə edən təqdimatla davam etdirilib.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb, onlara əyani nümunələr əsasında izahlar verilib.