Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentlikdə tələbələrin təcrübə proqramının yekunlarına həsr olunmuş tədbir keçirilib

Agentlik gənclərin dövlət qulluğunda təcrübə qazanması, peşəkar inkişafı və ixtisaslı kadr potensialının artırılması məqsədilə ali təhsil müəssisələri ilə əməkdaşlığını davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 2026-cı ilin may-avqust aylarında istehsalat təcrübəsi keçən tələbələrin iştirakı ilə təcrübə proqramının yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Agentliyin sədr müavini İlqar Həsənov və İnsan resursları şöbəsinin müdiri Aytən Hüseynova çıxış ediblər. Çıxışlar zamanı Agentliyin əsas fəaliyyət istiqamətləri, korporativ dəyərləri və gənclər üçün yaradılan karyera imkanları barədə məlumat verilib. Həmçinin istehsalat təcrübəsi proqramının nəticələri müzakirə olunub, tələbələrin bu müddətdə qazandıqları bilik və bacarıqlara dair təəssüratları dinlənilib.

Qeyd edək ki, ötən dövr ərzində Agentlikdə istehsalat təcrübəsinə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin ümumilikdə 24 tələbəsi qoşulub.

Tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə qurumun müxtəlif struktur bölmələrində təcrübə keçən hər bir tələbə üçün fərdi təcrübə proqramı hazırlanıb. Bu çərçivədə onların fəaliyyəti mentorlar tərəfindən məsuliyyət, intizam, davamiyyət, komanda ilə işləmək bacarığı, öyrənməyə və inkişaf etməyə maraq, eləcə də digər mühüm meyarlar əsasında qiymətləndirilib.

Qiymətləndirmənin nəticələrinə uyğun olaraq iştirakçılara sertifikatlar təqdim edilib.