Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Təbii inhisar sahəsində fəaliyyətin tənzimlənməsinə dair seminar keçirilib

Maarifləndirici tədbirdə təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri və Rəqabət Məcəlləsində nəzərdə tutulmuş dövlət nəzarəti mexanizmləri barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə “Təbii inhisar subyektlərinə qadağan edilmiş hərəkətlər” mövzusunda seminar keçirilib. Seminarda pərakəndə ticarət, istehsal, ixrac, logistika, nəqliyyat, xidmət və digər sahələrdə fəaliyyət göstərən 40-dan yuxarı biznes subyekti iştirak edib.

Tədbir çərçivəsində təbii inhisarların fəaliyyətini şərtləndirən amillər, Rəqabət Məcəlləsində nəzərdə tutulan tənzimləmə meyarları, razılıq tələb olunan hərəkətlər və həmin hərəkətlərlə bağlı müraciətlərin baxılması qaydaları barədə məlumat verilib. Bundan əlavə, məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə qadağan olunan hərəkətlər, istehlakçılara münasibətdə ayrı-seçkiliyə yol verilməməsi, müştərilərin hüquq və mənafelərinin qorunması ilə bağlı normalar diqqətə çatdırılıb.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, onlara əyani nümunələr üzərindən izahlar verilib.