Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib

Görüşdə Keyfiyyət informasiya sistemindən istifadə qaydaları və bu sahədə qanunvericiliyin tələbləri ilə bağlı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində akkreditasiya edilmiş inspeksiya orqanları ilə Keyfiyyət informasiya sistemindən (E-keyfiyyet.gov.az) istifadəyə dair növbəti maarifləndirici görüş keçirilib. Görüşdə inspeksiya fəaliyyətini həyata keçirən 16 inspeksiya orqanının 25-ə yaxın nümayəndəsi iştirak edib.

Görüş zamanı Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev açılış nitqi ilə çıxış edib. Bildirilib ki, qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyəti, o cümlədən də inspeksiya orqanları tərəfindən inspeksiya fəaliyyətinin yerinə yetirilməsi nəticələrinin rəsmiləşdirilməsi Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilməlidir.

Tədbirdə sözügedən informasiya sistemi vasitəsilə yaradılmış və rəsmiləşdirilmiş sənədlər barədə statistik məlumatları əks etdirən təqdimat nümayiş olunub. İnspeksiya orqanlarının asan imza və ya elektron imzadan istifadə etməklə Keyfiyyət informasiya sistemi vasitəsilə fəaliyyətin nəticəsinə dair sifarişçilərə təqdim olunan inspeksiya rəylərini elektron qaydada yaratması, elektron formada yaradılan sənədlərin eyniləşdirilməsinə imkan verən QR kodlarla təqdim edilməsi və həmin sənədlərin tanınmasının vətəndaşların müvafiq qurumlara etimadının artırılmasına xidmət etdiyi vurğulanıb. Eyni zamanda bu informasiya sistemindən istifadənin uyğunluğu qiymətləndirən qurumların qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə və akkreditasiya sahəsində qüvvədə olan tələblərə riayət edilməsinə töhfə verdiyi qeyd edilib.

Sonda inspeksiya orqanları nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.