Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Ölkədə ipəkçilik sahəsi üzrə yeni dövlət standartı qəbul edilib.

Yeni dövlət standartı ölkədə ipəkçiliyin inkişafına yüksək keyfiyyətli qrenanın istehsalına, eləcə də damazlıq işinin səmərəliliyinin yüksəldilməsinə töhfə verəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ipəkçilik sahəsi üzrə yeni AZS 998:2026 “Sənaye qrenası. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

Yeni standart ipəkçilik sahəsi üzrə istehsal prosesində vahid texniki tələblərin müəyyən edilməsinə, yüksək keyfiyyətli və sağlam ipəkqurdunun sənaye qrenasının istehsalının təmin olunmasına, məhsulun bioloji göstəricilərinin sabit saxlanılmasına, istehlakçılara təqdim olunan məhsulun etibarlılığının artırılmasına xidmət edir.

Standart həmçinin qrenanın keyfiyyət göstəricilərinin obyektiv qiymətləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, genetik resursların qorunması və damazlıq işinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sözügedən dövlət standartı layihəsi AZSTAND tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun bazasında təsis edilmiş “Heyvandarlıq, quşçuluq, arıçılıq, balıqçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 24)  təqdimatı əsasında qəbul olunaraq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.