Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentlikdə zərgərlik məmulatlarının satışı sahəsində sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib

Sahibkarlara qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən normativ hüquqi aktlarda yer alan meyarlar və əyarlama xidməti barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik məmulatlarının dövriyyəsində qanunvericiliyin tələblərinə riayət olunmasının təşviqi istiqamətində maarifləndirici tədbirlərini davam etdirir. Bu çərçivədə növbəti görüş “Xalqlar Dostluğu” ticarət mərkəzində zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilib.

Görüş zamanı zərgərlik məmulatlarının əyarlanması qaydaları və müvafiq sahədə dövlət rüsumlarının tətbiqi barədə məlumat verilib. Bundan əlavə əyar damğası vurulmamış qiymətli metal məmulatlarının dövriyyəsinə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri, habelə sahibkarların hüquq və vəzifələri diqqətə çatdırılıb. Bildirilib ki, görülən tədbirlər istehlakçıların düzgün məlumatlandırılması, maraqlarının etibarlı qorunması, eləcə də bazarda sağlam rəqabət mühitinin möhkəmləndirilməsinə xidmət edir.

Sonda təcrübədə rast gəlinən nümunələr üzərindən izahlar verilib, iştirakçıların sualları cavablandırılıb.