Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentliyin nümayəndə heyəti MDB-nin Antiinhisar siyasəti üzrə Dövlətlərarası Şurasının 60-cı yubiley iclasında iştirak edib

Tədbir çərçivəsində Azərbaycanda rəqabət siyasətinin inkişafı barədə məlumat verilib, Rəqabət Məcəlləsinin tətbiqi nəticəsində əldə olunan mühüm nəticələrə diqqət çəkilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparat rəhbəri Tural İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Astana şəhərində keçirilmiş MDB-nin Antiinhisar siyasəti üzrə Dövlətlərarası Şurasının 60-cı yubiley iclasında və Şuranın yanında yaradılmış MDB dövlətlərinin Antiinhisar Qanunvericiliyinin Pozulmaları üzrə Birgə Araşdırmalar Qərargahının 46-cı iclasında iştirak edib.  

İclasda çıxış edən Agentliyinin Aparat rəhbəri Tural İsmayılov Azərbaycanda 2024–2026-cı illərdə rəqabət siyasətinin inkişafı, bu dövrdə qəbul edilmiş Rəqabət Məcəlləsinin tətbiqi çərçivəsində həyata keçirilən institusional islahatlar və əldə olunan nəticələr barədə məlumat verib. Qeyd olunub ki, Rəqabət Məcəlləsinin tətbiqi nəticəsində təbii inhisarlar, haqsız rəqabət, iqtisadi təmərküzləşmə və hökmran mövqedən sui-istifadə halları üzrə hüquqtətbiqetmə təcrübəsi formalaşdırılıb və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində mühüm nəticələr əldə olunub. 

Bundan əlavə, bazar araşdırmaları, qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların rəqəmsallaşdırılması və sahibkarlıq subyektləri ilə maarifləndirici görüşlərin keçirilməsinin rəqabət siyasətinin səmərəli həyata keçirilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.

Həmçinin rəqabət orqanları arasında təcrübə mübadiləsinin rəqəmsal bazarlar, təbii inhisarlar və haqsız rəqabətin yeni formaları üzrə yanaşmaların təkmilləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.

İclas çərçivəsində Şuraya üzv dövlətlərdə rəqabət siyasətinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.