Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib

Tədbirdə sahibkarlara qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən normativ hüquqi aktların tələbləri, əyarlama xidməti və bu sahədə qanunvericiliklə nəzərdə tutulan məsuliyyət tədbirləri barədə ətraflı məlumat təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Gold Gənclik” və “Şərq Bazarı” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Görüş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsi sahəsində qanunvericiliyin tələblərinin izah edilməsi, dövlət əyar nəzarəti sisteminin tətbiqi ilə bağlı sahibkarların maarifləndirilməsi, habelə sözügedən sahədə yaranan praktiki məsələlər ətrafında fikir mübadiləsinin aparılması məqsədilə keçirilib.

Tədbirdə iştirakçılara qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən qanunvericiliyin tələbləri, əyarlama xidməti, dövlət əyar nəzarətinin həyata keçirilməsi qaydaları, habelə sahibkarların hüquq və vəzifələri barədə məlumat təqdim edilib. Eyni zamanda, əyarlama fəaliyyəti ilə bağlı dövlət rüsumlarının tətbiqi qaydaları və ödəniş mexanizmləri izah olunub, əyar damğası olmadan qiymətli metal məmulatlarının dövriyyəsinə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri barədə iştirakçılar məlumatlandırılıb.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.