logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Əsassız qiymət artımına qarşı tədbirlər görülür

Novruz bayramı ilə əlaqədar bir sıra ərzaq mallarına tələbatın artması fonunda əsassız qiymət artımının, yəni qiymətlərin obyektiv əsas olmadan artırılması hallarının  vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər intensivləşdirilib. Monitorinqlərin nəticələri təhlil olunaraq, əsassız qiymət artımının olub-olmaması araşdırılır.

Monitorinq zamanı həmçinin maarifləndirmə işləri də aparılaraq sahibkarlara əsassız qiymət artımına yol verilməməsi, marketlərdə qiymətlərin malların üzərində düzgün göstərilməsi, kassa qiymətləri ilə eynilik təşkil etməsi, istehsalçılarla market şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsi, satılan məhsulun keyfiyyəti və qiyməti barədə narazılıqlar olduğu halda məsələnin ciddi və operativ araşdırılması, istehlakçı hüquqlarının təmin olunması və müştəri məmuniyyətinin yüksəldilməsi barədə tövsiyələr verilib. 

Qeyd edək ki, əsassız qiymət artımına yol verilməklə istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol verən sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görüləcək. Cinayət tərkibli hallar aşkar edildikdə isə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndəriləcəkdir.