Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla anılıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olunaraq məzarı üzərinə gül dəstələri qoyulub.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri daim minnətdarlıqla xatırlanır və xatırlanacaqdır. Onun əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, zəngin irsi bugünkü və gələcək nəsillərə örnək olacaqdır.













