Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Bakı Slavyan Universitetinin tələbələri üçün açıq dərs keçirilib

Maarifləndirici tədbirdə istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyətinə (açıq məkanda reklam istisna olmaqla) dövlət nəzarəti sahəsində qanunvericiliyin tələbləri diqqətə çatdırılıb, hüquq pozuntularının tipik halları və onların qarşısının alınması mexanizmləri əyani nümunələr əsasında izah olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə tələbələr üçün istehlakçı hüquqlarının müdafiəsi və reklam qanunvericiliyinin tətbiqinə nəzarət mövzularında açıq dərs təşkil olunub.

Açıq dərsdə Agentliyin sektor müdirləri Elmin Nurməmmədov və Röyal Rəhimov təqdimatla çıxış ediblər. Çıxışlar zamanı istehlakçıların əsas hüquqları və onların müdafiəsi mexanizmləri tələbələrin diqqətinə çatdırılıb. Eyni zamanda reklama dair qanunvericilikdə nəzərdə tutulmuş ümumi tələblər, müxtəlif əmtəələrin reklamının əsas xüsusiyyətləri, aldadıcı və haqsız reklam hallarının müəyyən edilməsi, həmçinin müvafiq sahədə dövlət nəzarətinin həyata keçirilməsinin əsas prinsipləri barədə məlumat verilib. Qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən məsuliyyət tədbirləri, eləcə də mövcud tənzimləmə mexanizmləri barədə ətraflı izahlar təqdim olunub.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.