Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Məmməd Həsənovla görüşüb.

Görüşdə qalibin fərdi inkişaf planı müzakirə edilib, onun idarəetmə bacarıqlarının artırılması və peşəkar inkişafının dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Agentliyin sədri əldə etdiyi nailiyyət münasibətilə qalibi təbrik edib, müsabiqənin idarəetmə bacarıqları yüksək olan perspektivli kadrların seçilməsi və menecmentə cəlb olunmasında əhəmiyyətini vurğulayıb.

Görüş zamanı qalibin çalışdığı sahə üzrə gələcək fərdi inkişaf hədəfləri müzakirə olunub, maraqları və inkişaf etmək istədiyi istiqamətlər üzrə fikirləri dinlənilib. Ona idarəetmə bacarıqlarının daha da möhkəmləndirilməsi və səriştəliliyinin artırılması ilə bağlı tövsiyələr verilib. Qalibin peşəkar inkişafına hərtərəfli dəstək göstəriləcəyinə diqqət çəkilib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf proqramına cəlb olunur və özünüinkişaf məqsədilə 20 min manat məbləğində mükafat əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.