Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Uyğunluğun qiymətləndirilməsi sahəsində yeni dövlət standartları qəbul edilib

Yeni dövlət standartları inspeksiya orqanlarının və səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların səriştəliliyinə dair beynəlxalq tələbləri müəyyən edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 17020:2026 “Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirən orqanlara dair tələblər”, eləcə də AZS ISO/IEC 17043:2026 “Uyğunluğun qiymətləndirilməsi. Səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların səriştəliliyinə dair ümumi tələblər” yeni dövlət standartları qəbul edilib.

Bu dövlət standartlarının tətbiqi inspeksiya xidmətlərinin və səriştəlilik sınaqlarının təşkili proseslərinin beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə imkan yaradacaq, uyğunluğun qiymətləndirilməsi nəticələrinin etibarlılığı və obyektivliyinin artırılmasına töhfə verəcək.

Sözügedən dövlət standartı layihələri AZSTAND-ın nəzdində təsis edilən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08)  təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.