Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Naxçıvan Muxtar Respublikasında sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib

Sahibkarlıq subyektlərinin nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri, sahibkarların bu sahədə öhdəlikləri və mövcud nəzarət mexanizmləri barədə izahlar verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquq və mənafelərinin qüvvədə olan qanunvericiliyə uyğun şəkildə təmin olunması və sahibkarlarla uzlaşdırılması məqsədilə mütəmadi olaraq maarifləndirici görüşlər keçirməyə davam edir. Bu istiqamətdə növbəti tədbir Naxçıvan Muxtar Respublikasında ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı ilə baş tutub.  

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Agentliyin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirici görüşdə  Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı təqdimatla çıxış edib.

Təqdimat zamanı Agentliyin fəaliyyət istiqamətləri, istehlak bazarına nəzarət mexanizmləri və istehlakçıların əsas hüquqları və bu sahədə mövcud qanunvericiliyin tələblərinə dair ətraflı məlumat verilib. Bundan əlavə, istehlakçı hüquqlarının təmin edilməsində sahibkarların rolunun əhəmiyyəti diqqətə çatdırılıb, onların vəzifə və öhdəlikləri izah edilib, müvafiq tövsiyələr verilib. Həmçinin sözügedən sahədə hüquqi savadlılığın artırılması istiqamətində Agentliyin həyata keçirdiyi maarifləndirmə tədbirlərindən bəhs olunub.

Sonda sahibkarların ünvanladığı suallar praktiki nümunələr əsasında cavablandırılıb.