Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri arasında intellektual yarış keçirilib

Tədbirdə rəqabət qanunvericiliyi, keyfiyyət infrastrukturu, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrinə dair praktiki izahlar verilib, iştirakçılar arasında interaktiv müzakirələr təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media mənsubları üçün “Mediada rəqabət” mövzusunda intellektual yarış keçirilib. Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbirdə 40-a yaxın media nümayəndəsi iştirak edib.

Agentliyin fəaliyyət istiqamətlərinə dair nəzəri və praktiki biliklərin artırılması, müvafiq sahələr üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə media təmsilçiləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Üç mərhələdən ibarət yarış qiymət intizamı, malın dəyişdirilməsi və qaytarılması qaydaları, haqsız rəqabət, reklam qanunvericiliyi, texniki tənzimləmə, standartlar, uyğunluğun qiymətləndirilməsi, hökmran mövqe və digər əlaqəli mövzularda yazılı və vizual tapşırıqları əhatə edib.

Tədbirin gedişatında Agentlik nümayəndələrindən ibarət ekspert qrupu tərəfindən iştirakçıların fəallığı və bilik səviyyəsi qiymətləndirilib, mövzular üzrə əlavə izahlar verilib.