Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
AzMİ Çin Xalq Respublikasının Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Çin Xalq Respublikasının Milli Metrologiya İnstitutu (NIM) arasında metrologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi qarşılıqlı bilik, təcrübə və texniki resursların mübadiləsi yolu ilə hər iki ölkənin milli metrologiya sistemlərinin inkişafına töhfə vermək, müasir ölçmə texnologiyalarının tətbiqini genişləndirmək və beynəlxalq standartlara uyğunluğu təmin etməkdir. Həmçinin sözügedən sənəd ölçmə və kalibrlənmə sertifikatlarının qarşılıqlı tanınması istiqamətində birgə işlərin görülməsini, habelə elmi-tədqiqat fəaliyyətlərinin dəstəklənməsini hədəfləyir.

Anlaşma Memorandumu çərçivəsində tərəflər metrologiya sahəsində elmi-texniki məlumat mübadiləsi aparacaq, birgə elmi-tədqiqat layihələri icra edəcək, ekspert və mütəxəssislərin qarşılıqlı səfərlərini təşkil edəcək, təlim proqramları və praktiki seminarlar keçirəcəklər.

Bundan əlavə, sənəddə beynəlxalq laboratoriyalararası tutuşdurmalarda iştirakı və standart (etalon) nümunələrin hazırlanması, nanotexnologiya, kvant ölçmələri, rəqəmsal metrologiya, avtomatlaşdırılmış ölçmə sistemləri və ağıllı sensor texnologiyaları kimi qabaqcıl sahələrdə birgə tədqiqatların aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sənəd metrologiya sahəsində uzunmüddətli və strateji əməkdaşlıq üçün möhkəm zəmin yaradır.