Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentlikdə növbəti vətəndaş qəbulu keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov vətəndaşların növbəti qəbulunu keçirib.

Aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların dövlət satınalmalarının təşkili və satınalma müsabiqələrində iştirakla bağlı müraciətləri, o cümlədən müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifləri dinlənilib. Qaldırılan məsələlərin operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli məqsədilə Agentliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Agentliyin rəhbər vəzifəli şəxslərinin qəbul qrafiki rəsmi internet səhifəsində yerləşdirilib. Qəbul qrafiki ilə tanış olmaq və qəbula yazılmaq üçün müvafiq keçiddən istifadə edə bilərsiniz.