Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Rəqabət Məcəlləsinin tətbiqi barədə maarifləndirici seminar keçirilib

Maarifləndirici görüşdə təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri və Məcəllədə nəzərdə tutulmuş dövlət nəzarəti mexanizmləri barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində enerji, ticarət, istehsal, telekommunikasiya, turizm və digər sahələri təmsil edən qurumların nümayəndələrinin iştirakı ilə Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib.

30-a yaxın təsərrüfat subyekti nümayəndəsinin iştirak etdiyi görüşdə Agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Dövlət orqanlarının və təbii inhisar subyektlərinin rəqabəti məhdudlaşdıran hərəkətləri” mövzusunda təqdimatla çıxış edib.

Çıxış zamanı təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri iştirakçıların diqqətinə çatdırılıb, dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların rəqabət qanunvericiliyinə zidd olan hərəkətləri ilə bağlı məlumat verilib. Rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti və bu sahədə tətbiq edilən tənzimləmə üsulları, habelə subsidiyaların və digər dövlət yardımlarının verilməsinin rəqabətə təsirlərinin qiymətləndirilməsi məsələləri izah edilib.

Görüşdə həmçinin rəqabət qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərindən bəhs edilib, dövlət orqanlarının və təbii inhisar subyektlərinin rəqabəti pozan davranışlarına qarşı məsuliyyət tədbirlərinin tətbiqi mexanizmləri barədə məlumat verilib.