twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Reklam qanunvericiliyi ilə bağlı seminar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəqliyyat vasitələrində reklam yerləşdirən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçirilib.

Tədbir iştirakçıları Baş Dövlət Yol Polisi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən aidiyyəti üzrə reklam qanunvericiliyinin tələbləri barədə məlumatlandırılıblar.

Seminarda nəqliyyat vasitələrində reklam yerləşdirən sahibkarların hüquq və öhdəlikləri, haqsız rəqabət və reklam qanunvericiliklərinin tələbləri, eləcə də bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verilib, təkliflər dinlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.