Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq

Maraqlı tərəflər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet səhifəsi (competition.gov.az) vasitəsilə sözügedən texniki reqlament layihələri ilə tanış ola, rəy və təkliflərini bildirə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə 28 noyabr 2025-ci il, saat 10:00-da “Bakı KOB evi”ndə aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən hazırlanmış “Lak-boya materillarının və həlledicilərinin təhlükəsizliyi haqqında”, “Qablaşdırmanın təhlükəsizliyi haqqında”, “Kənd təsərrüfatı və meşə təsərrüfatı traktorlarının və onların qoşqularının təhlükəsizliyi haqqında”, “Avtomobil yollarının təhlükəsizliyi haqqında”, “Dəmiryol hərəkət tərkibinin təhlükəsizliyi haqqında” , “Dəmiryol nəqliyyatı infrastrukturunun təhlükəsizliyi haqqında”, “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında”, “Liftlərin təhlükəsizliyi haqqında”  və “Attraksionların təhlükəsizliyi haqqında”  texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək.

Vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə https://bit.ly/48mvubU linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər.

Müzakirələr qanunvericiliyə uyğun olaraq, texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin bu reqlamentlərin hazırlanmasında fəal iştirakının təşviqi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə aparılacaq.

İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlil edilməsi, o cümlədən aidiyyəti qurumlarla razılaşdırılmaqla təsdiq olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.

Məlumat üçün bildirək ki, texniki reqlament layihələri həmçinin Agentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) də yerləşdirilib