Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Qəbələ rayonunda sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib

Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə keçirilmiş maarifləndirici görüşdə istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların maraq və mənafelərinin mövcud qanunvericiliyə uyğun olaraq sahibkarlarla uzlaşdırılması məqsədilə biznes subyektləri ilə mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir. Növbəti belə tədbir Qəbələ rayonunda ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən 150-dən çox sahibkarlıq subyektinin nümayəndələri ilə keçirilib.

Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış ediblər. 

Təqdimat zamanı Agentliyin fəaliyyət istiqamətləri, istehlak bazarına nəzarət mexanizmləri, istehlakçıların əsas hüquqları barədə geniş məlumat verilib. Həmçinin Agentlik tərəfindən aparılan geniş maarifləndirmə tədbirləri, mövcud problemlərin həlli istiqamətində atılan addımlar sahibkarların diqqətinə çatdırılıb.

Sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib və onları maraqlandıran suallar cavablandırılıb.