Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
“Mənşə sertifikatı” alt modulundan istifadəyə dair ixracatçılarla növbəti maarifləndirici görüş keçirilib

Görüşdə “Mənşə sertifikatı” alt modulunun funksionallığı və təqdim etdiyi üstünlüklər barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində qeyri-qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. 26 sahibkarın iştirak etdiyi tədbirdə malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə “E-keyfiyyət.gov.az” informasiya sistemində istifadəyə verilmiş “Mənşə sertifikatı” alt modulunun funksionallığı və təqdim etdiyi üstünlüklər barədə ətraflı məlumat diqqətə çatdırılıb.

Görüş zamanı “Mənşə sertifikatı” alt modulundan istifadə qaydalarını izah edən videoçarx nümayiş etdirilib, sahibkarlara bu istiqamətdə müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələri tövsiyə edilib.

Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx ilə Agentliyin rəsmi “Youtube” kanalı  (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə tanış olmaq mümkündür.

Qeyd: Hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatın əldə olunması üçün müraciətlər hibrid formada olmaqla İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının “Elektron xidmətlər” bölməsi vasitəsilə qismən elektron qaydada və Keyfiyyət informasiya sisteminin “E-xidmətlər” bölməsi vasitəsilə tam elektron qaydada qəbul edilir.