İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edir.
İxrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri, eləcə də Xidmətin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri qeyri-iş günlərində - 8, 11, 12 noyabr 2024-cü il tarixlərində fəaliyyət göstərəcək.
Qeyd edilən tarixlərdə sahibkarlar, iş günlərində olduğu kimi, xidmətlərdən yararlanmaq üçün Dövlət Xidmətinə və onun regional bölmələrinə müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətlər İqtisadiyyat Nazirliyinin Elektron xidmətlər portalı (https://e-services.economy.gov.az/) üzərindən həyata keçirilir.