Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

2020-ci ilin 27 sentyabr tarixindən başlanmış Vətən müharibəsi Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazılıb. 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu zəfər xalqımızın qürur mənbəyinə çevrilib. Zəfər tariximizi yazan qəhrəmanlarımızın əziz xatirəsi isə daim böyük ehtiramla yad olunur.

Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib.

Parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.