Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
“Mənşə sertifikatı” alt modulundan istifadəyə dair ixracatçılarla maarifləndirici görüşlər davam etdirilir

Görüş çərçivəsində Keyfiyyət informasiya sisteminin “Mənşə sertifikatı” alt modulundan istifadənin ixracatçılar üçün yaratdığı üstünlüklərdən bəhs edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə növbəti maarifləndirici görüş keçirilib.

Sumqayıt, Xırdalan, Xızı və Siyəzən şəhərlərində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti nümayəndəsinin qatıldığı tədbirdə Keyfiyyət informasiya sistemində “Mənşə sertifikatı” alt modulunun funksional xüsusiyyətləri və sistemdən istifadə qaydalarına dair məlumat verilib, bu məqsədlə hazırlanmış videotəlimat nümayiş etdirilib. İştirakçılara malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi ilə bağlı müraciətlərini “E-keyfiyyət.gov.az” platforması üzərindən həyata keçirmələri tövsiyə olunub.

Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videotəlimat Agentliyin rəsmi “Youtube” kanalı (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsində (https://e-keyfiyyet.gov.az/e-services) yerləşdirilib.