Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Azərbaycan Akkreditasiya Mərkəzi Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına ISO/IEC 17025 beynəlxalq standartı üzrə tamhüquqlu üzv qəbul olunub

AzAK tərəfindən akkreditasiya olunmuş laboratoriyaların təqdim etdiyi kalibrləmə və sınaq nəticələri hazırda ILAC-a tamhüquqlu üzv olan ölkələrdə etibarlı hesab ediləcək və qarşılıqlı tanınan rəsmi sənəd kimi qəbul olunacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (International Laboratory Accreditation Cooperation - ILAC) ISO/IEC 17025 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı üzrə tamhüquqlu üzv qəbul edilib.

ILAC-a tamhüquqlu üzvlük akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumların təqdim etdiyi sənədlərin beynəlxalq səviyyədə tanınmasına, eləcə də ticarət müqavilələrinin bağlanması zamanı texniki maneələrin aradan qaldırılmasına zəmin yaradacaq. Bir sözlə, AzAK tərəfindən akkreditasiya olunmuş laboratoriyaların təqdim etdiyi kalibrləmə və sınaq nəticələri ILAC-a üzv olan bütün ölkələrdə etibarlı və qarşılıqlı tanınan rəsmi sənəd kimi qəbul olunacaq.

Qeyd edək ki, ILAC-a tamhüquqlu üzvlük statusu AzAK-ın 3 avqust 2025-ci il tarixində Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) ISO/IEC 17025 standartı əsasında Qarşılıqlı Tanınma Razılaşması (MRA) çərçivəsində tamhüquqlu üzv seçilməsi nəticəsində əldə edilib. Belə ki, APAC-ın Qarşılıqlı Tanınma Razılaşmasına qoşulma statusu AzAK-ın kalibrləmə və sınaq laboratoriyalarının akkreditasiyası sahəsində beynəlxalq tələblərə tam uyğun fəaliyyət göstərdiyini təsdiq edib.

Qeyd: Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı (ILAC) beynəlxalq səviyyədə laboratoriyaların akkreditasiyasını əlaqələndirən və uyğunluğun qiymətləndirilməsi sahəsində etibarlılığı təmin edən əsas təşkilatdır. ILAC digər sahələrlə yanaşı, sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiya nəticələrinin beynəlxalq səviyyədə qarşılıqlı tanınmasını təmin edir.