Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Mənşə sertifikatlarının “e-keyfiyyet.gov.az” informasiya sistemi üzərindən verilməsinə dair maarifləndirici görüş keçirilib

Görüşdə “Mənşə sertifikatı” alt modulunun funksionallığı və istifadə qaydaları izah olunub, Keyfiyyət informasiya sisteminə keçidin ixracatçılar üçün üstünlükləri diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Mənşə sertifikatı” alt modulunun istifadəsi və funksionallığı ilə bağlı ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlarla maarifləndirici görüş keçirilib. Görüşdə 2024 və 2025-ci illər ərzində Bakı şəhəri üzrə ən çox mənşə sertifikatı təqdim olunan 10 ixracatçı təsərrüfat subyektinin nümayəndələri iştirak edib.

Görüş zamanı Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev açılış nitqi ilə çıxış edib. Bildirilib ki, tezliklə malın mənşə ölkəsini təsdiq edən müraciətlərin qəbulunun Agentliyin Keyfiyyət informasiya sistemi (https://e-keyfiyyet.gov.az/home) üzərindən verilməsinə tam keçid təmin olunacaq. Müraciətlərin qeyd edilən sistem vasitəsilə edilməsinin ixracatçılara prosesin hər mərhələsini (müraciətin daxil olmasından yekun nəticəyə qədər) real vaxt rejimində izləmək imkanı verdiyi qeyd edilib. Bundan əlavə, ərizələrin onlayn şəkildə təqdim olunması və əvvəllər formalaşan müraciətlər əsasında yeni müraciətlərin göndərilməsinin vaxt itkisinin qarşısını aldığı, sənədlərin tərtibatı prosesini sadələşdirdiyi və ümumilikdə müraciətlərin idarə olunmasında operativliyi artırdığı vurğulanıb.

Daha sonra “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx nümayiş olunub, iştirakçılara moduldan istifadə qaydaları praktiki misallarla izah edilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.