Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Sahibkarlara Rəqabət Məcəlləsinin tətbiqi barədə maarifləndirici seminar keçirilib

Maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qida, qeyri-qida, tikinti, hasilat, yanacaq istehsalı və satışı, rabitə və telekommunikasiya sahələrində fəaliyyət göstərən bir sıra təsərrüfat subyektləri nümayəndələrinin iştirakı ilə növbəti maarifləndirici seminar keçirilib.

Tədbirdə Agentliyin Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov açılış nitqi ilə, Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı isə  “Hökmran mövqedən sui-istifadə hallarına qarşı nəzarətin və tənzimləmənin həyata keçirilməsi” mövzusunda təqdimatla çıxış edib. Rəqabət Məcəlləsinin qəbul olunmasının əhəmiyyəti, iqtisadiyyatda sağlam və davamlı rəqabət mühitinin formalaşdırılmasında Məcəllənin rolundan bəhs edilib. Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, eləcə də milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasının vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində “hökmran mövqe” anlayışının mahiyyəti, hökmran mövqedən sui-istifadə halları, bu halların aradan qaldırılması ilə bağlı Məcəllədə təsbit olunmuş tənzimləmə mexanizmləri, eləcə də məsuliyyət tədbirləri barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.