logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Məişət istehlakçıları üçün qaz sayğacları pulsuz quraşdırılacaq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yeni inşa olunan çoxmənzilli binalarda sayğacların quraşdırılması zamanı sakinlərdən sayğacın dəyərinin tələb olunmasına dair müraciətləri araşdırıb. Araşdırma zamanı məlum olub ki, mənzil tikinti kooperativi sayğacları enerji təchizatı ilə məşğul olan qurumlardan öz hesablarına aldıqlarını əsas gətirərək sakinlərdən sayğacların dəyərini tələb edir. 

Qeyd edilən məsələlərin müzakirəsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində enerji təchizatı ilə məşğul olan qurumların nümayəndələri ilə görüş keçirib. Görüş zamanı mənzil-tikinti kooperativləri tərəfindən inşa edilən çoxmənzilli yaşayış binalarına quraşdırılan qaz sayğaclarının dəyərinin sakinlərdən tələb edilməsi hallarına yol verilməməsinin və bu sahədə mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin zəruriliyi vurğulanıb.

Qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, bu ilin 1 iyul tarixindən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılması tələbi qeyd olunacaq.