Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Agentliyinin təşəbbüsü ilə “İstehlakçı hüquqlarını bil və tələb et!” adı altında maarifləndirmə kampaniyasına start verilib

Bu çərçivədə 6 mindən çox ticarət və xidmət obyektində üzərində “İstehlakçının əl kitabçası” adlı maarifləndirici materiala birbaşa keçid imkanı verən QR kodun yer aldığı 9 mindən artıq poster yerləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının qorunması, onların öz hüquqları barəsində maarifləndirilməsi, xüsusilə də sahibkarların öz fəaliyyətlərini istehlakçı məmnunluğu yönündə qurmağa təşviq edilməsi məqsədilə genişmiqyaslı maarifləndirmə kampaniyasına başlanılıb.

Dövlət-özəl dialoqu əsasında həyata keçirilən maarifləndirmə kampaniyası çərçivəsində Bakı şəhərində və regionlarda yerləşən iri market şəbəkələrində, elektronika mağazaları və yanacaqdoldurma məntəqələrində, həmçinin Bakı şəhərində yerləşən geyim mağazalarında, eləcə də böyük ticarət mərkəzlərinin reklam lövhələrində ümumilikdə 6 mindən çox obyektə “İstehlakçı hüquqlarını bil və tələb et!” çağırışı ilə hazırlanan maarifləndirici poster yerləşdirilib. Bugünədək 9 mindən artıq posterin yerləşdirilməsi başa çatıb, proses hazırda da davam etdirilir.

İstehlakçılar posterlər üzərində əks olunmuş QR kodu mobil telefon vasitəsilə asanlıqla oxudaraq Agentliyin rəsmi internet səhifəsində yerləşdirilmiş “İstehlakçının əl kitabçası” (https://competition.gov.az/az/page/melumat-merkezi/istehlakcinin-el-kitabcasi) adlı maarifləndirici materiala keçid edə və onu yükləyə bilərlər.

Materialda lazımi keyfiyyətli qeyri-qida malı dəyişdirilərkən, qüsurlu mal satılarkən, eləcə də iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların sahib olduqları hüquqlar, eyni zamanda sözügedən hallarla rastlaşdıqda istehlakçılar tərəfindən atılacaq addımlar, zəmanət öhdəlikləri və yararlılıq müddəti barədə məlumatlar əks olunub ki, bu da istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin artırılmasına xidmət edir. Nəticə etibarilə, istehlakçılar mal, iş və ya xidmət aldıqları müəssisələrdə öz hüquqlarını bilməklə yanaşı, həm də sahibkarlarla daha sağlam və qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq imkanı əldə edəcəklər.