Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Keyfiyyət infrastrukturu

1. Keyfiyyət infrastrukturu nədir?

Keyfiyyət infrastrukturu malların, işlərin, xidmətlərin və onlarla əlaqəli proseslərin keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsinin dəstəklənməsinə və genişləndirilməsinə istiqamətlənmiş, hüquqi və tənzimləyici çərçivəni və prosedurları ehtiva edən dövlət və özəl təşkilatlardan ibarət sistemdir. Bu sistem texniki tənzimləmə, metrologiya, standartlaşdırma, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və bazar nəzarətinə (tənzimlənən sahələrdə) əsaslanır.

Keyfiyyət infrastrukturu çərçivəsində mütəxəssislər və bu sahədə fəaliyyət göstərən institutlar insanların həyatı və sağlamlığını, o cümlədən ətraf mühiti qorumaq məqsədilə fəaliyyət göstərirlər.

İnkişaf etmiş keyfiyyət infrastrukturu sistemi sənayenin inkişafına, bazarlara çıxış imkanlarının artırılmasına, qlobal bazarlarda ticarətin rəqabətqabiliyyətli olmasına, təbii və insan resurslarından səmərəli istifadəyə, dövlət və ictimai maraqların qorunmasına, ətraf mühit və iqlim dəyişikliyi daxil olmaqla dövlət siyasətinin məqsədlərinə töhfə verir.

2. Bu sahədə Agentliyin fəaliyyəti nədən ibarətdir?

  • Dövlət kəmiyyət vahidlərinin etalonlarını təsdiq edir, habelə onların əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təşkil edir;
  • Keçirilən sınaqların müsbət nəticələri əsasında standart nümunələrinin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında qərar qəbul edir, bu barədə sertifikatlar verir və ölçmə vasitələrinin reyestrini aparır;
  • Dövlət metroloji nəzarəti, habelə ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətinə nəzarəti həyata keçirir;
  • Müqavilə əsasında ölçmə vasitələrinin kalibrlənməsi işlərini aparmaq, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanı vurmaq hüququ verir;
  • “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin vahid dövlət reyestrini aparır və nəşrini təmin edir;
  • Standartların hazırlanmasını, qəbulunu, tətbiqini, standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri təşkil edir;
  • “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanı həyata keçirir, habelə uyğunluğu qiymətləndirən qurumların vahid dövlət reyestrini aparır;
  • Texniki tənzimləmə sahəsində malların sınağı üçün laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər verir;
  • Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə texniki reqlamentlərin layihəsinin ekspertizasını həyata keçirir;
  • İnsanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq, malların (işlərin, xidmətlərin) yüksək, orta, aşağı risk qruplarının təyin edilmiş meyarlar üzrə təsnifatını müəyyən edir;
  • Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini aparır, habelə texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq və dərc edir;
  • İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara nəzarət tədbirlərini həyata keçirir, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə uyğun olmayan malların dövriyyədən çıxarılmasını təmin edir;
  • Xarici mənşəli uyğunluq sənədlərinin tanınmasına dair sənədlərin reyestrini aparır;
  • Fəaliyyət istiqamətləri üzrə qanunvericilik bazasının formalaşdırmasında iştirak edir, habelə normativ hüquqi tənzimlənmənin vəziyyətini təhlil edir, ümumiləşdirmələr aparır, bununla əlaqədar təkliflər hazırlayır;
  • Müvafiq sahədə fəaliyyətin tənzimlənməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqi ilə əlaqədar təkliflər verir;
  • Agentliyin fəaliyyət istiqamətləri üzrə keyfiyyət infrastrukturu sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını təmin etmək;

3. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsi dedikdə nə nəzərdə tutulur və hansı qurum tərəfindən təmin edilir?

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerinə yetirilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısını almaqdır.

Bu məqsədlə dövlət tənzimlənməsinin şamil edildiyi 18 müxtəlif sahə (səhiyyə, baytarlıq, su, qaz, elektrik və istilik enerjisinin sərfinin uçotu, ətraf mühitin mühafizəsi, ödənişli xidmətlərin göstərilməsi, ticarət əməliyyatları, malların ölçülüb qablaşdırılması və s.) müəyyən edilmişdir ki, həmin sahələrdə tətbiq edilən ölçmə vasitələrinə dair tələblər məcburi hesab olunur.

Həmin dövlət tənzimlənməsinin şamil olunduğu sahələrdə tətbiq edilən ölçmə vasitələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 393 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin” Siyahısında müəyyən edilmişdir.

4. Hansı hallarda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edilməlidir? Müraciət zamanı hansı sənədlər təqdim edilməlidir?

Fiziki və ya hüquqi şəxslər Keyfiyyət infrastrukturu sahəsində səlahiyyətlərinə dair məsələlər barədə, o cümlədən  aşağıda qeyd olunan sənədlərin əldə edilməsi ilə əlaqədar Agentliyə müraciət edə bilərlər.

Keyfiyyət infrastrukturu sahəsində Agentlik tərəfindən təqdim olunan sənədlər:

  • Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə sertifikatın təqdim edilməsi

Tələb olunan sənədlər:

  • Standart nümunənin və ya ölçmə vasitəsinin adı, işarəsi və əsas metroloji xarakteristikaları;
  • Standart nümunənin və ya ölçmə vasitəsinin pasportu, istismar sənədləri, istehsalçı müəssisənin sənədlər dəsti;
  • İstehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat (olduqda);
  • Standart nümunənin və ölçmə vasitəsinin yoxlama metodikası;
  • Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi
  • Kalibrlənmə fəaliyyətini həyata keçirəcək işçi heyəti barədə məlumat (təhsili, iş təcrübəsi);
  • Kalibrlənmə fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulmuş laboratoriya barədə məlumat;
  • İstifadə olunan ölçmə vasitələri, etalonlar barədə məlumat;
  • Agentlik tərəfindən ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyadan keçməsini təsdiq edən Attestatın təqdim edilməsi

Tələb edilən sənədlər:

  • Ölçmə növü göstərilməklə ölçmə vasitəsinin tipi üzrə yoxlayıcı kimi attestasiya (təkrar attestasiya) edilmək üçün bu Qaydaların 1 nömrəli Əlavəsində göstərilən formada doldurulmuş ərizə; 
  • Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • Ali və ya orta ixtisas təhsili almasını təsdiq edən sənədin surəti; 
  • Olduğu halda peşə təhsili müəssisəsini və ya ixtisasartırma kursunu bitirdiyini təsdiq edən sənədin surəti; 
  • Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində əmək stajını təsdiq edən sənədlərin surətləri;
  • Bu Qaydaların 2 nömrəli Əlavəsində göstərilən formada hazırlanmış və ərizəçinin ərizəsində qeyd etdiyi ölçmə növü üzrə təcrübə keçdiyini təsdiq edən sənəd.