ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətinin əməkdaşları dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu orden və medallarla təltif edilib.

Təltif olunanlar arasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları Xalid Cavadov və Zəminə Əliyeva da var.  

Dövlət qulluqçularının əməyinə verdiyi yüksək qiymətə görə dövlət başçımıza minnətdarlığımızı bildirir, təltif olunan həmkarlarımızı təbrik edirik.