ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibi Ziya Mürsəlzadə ilə mentorluq proqramına davam edir. Proqram çərçivəsində Ziya Mürsəlzadə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə görüşüb.

Dövlət Xidmətinin rəisi ölkədə istedadlı, liderlik keyfiyyətləri və idarəetmə bacarıqları yüksək olan kadr ehtiyatı bankının yaradılması, intellektual və peşəkar menecment qabiliyyətli gələcək rəhbər şəxslərin müəyyən edilməsi və dəstəklənməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Görüşdə səmərəli fərdi inkişaf, idarəetmədə qənaətbəxş nəticələrin əldə olunması üçün alətlər və qərarların qəbuluna təsir edən faktorlar barədə müzakirələr aparılıb.