twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidməti tərəfindən laboratoriyaların diaqnostik qiymətləndirilməsinin nəticələrinə dair görüş keçirilib

Dövlət orqanlarının və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edilmiş sınaq laboratoriyalarının, o cümlədən yeni laboratoriyaların qurulmasında maraqlı olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə laboratoriyalar şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən sınaq laboratoriyalarının yaradılması və onların maddi texniki təchizatının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulmuş texniki tənzimləmə sahəsində laboratoriyaların diaqnostik qiymətləndirilməsinin nəticələrinə dair görüş keçirilib.

Görüşdə Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Elm və Təhsil, Gənclər və İdman Nazirlikləri, o cümlədən Dövlət Gömrük Komitəsi, Dövlət Neft şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Su Ehtiyyatları Agentliyi və Azərbaycan Akkreditasiya Mərkəzinin,  eləcə də uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edilmiş müstəqil sınaq laboratoriyalarının 100-dən artıq nümayəndəsi iştirak edib.

Görüşün keçirilməsində məqsəd sözügedən Tədbirlər Planında nəzərdə tutulan tapşırıqlar istiqamətində görülən işlər, texniki tənzimləmə sahəsində mövcud vəziyyətin diqqətə çatdırılması və yaranmış suallarla bağlı müzakirələrin təşkili olub.

Tədbir çərçivəsində Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev, Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru Emin Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB mühitinin təkmilləşdirilməsi şöbəsinin müdiri Altun Yasinli çıxış ediblər.

Çıxışlar zamanı texniki tənzimləmənin şamil olunduğu malların sınaqlarının aparılmasının əhəmiyyəti, həmçinin texniki tənzimləmə sisteminin qurulması istiqamətində görülən işlərin icra vəziyyəti diqqətə çatdırılıb. O cümlədən, laboratoriya şəbəkəsinin optimallaşdırılmasında akkreditsiyanın rolundan və keyfiyyət standartları üzrə uyğunluğun təmin edilməsinin vacibliyi qeyd olunub. Habelə mövcud laboratoriyaların təkmilləşdirilməsi və yeni laboratoriyaların yaradılması istiqamətində sahibkarlıq subyektlərinə dəstək mexanizmləri barədə məlumat verilib.

Qeyd: İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təcrübənin və ölkə ərazisində qüvvədə olan standartlaşdırma üzrə normativ sənədlərin tələbləri nəzərə alınmaqla 34 qeyri-qida istehlak malları kateqoriyası istiqamətində 818 növ məhsula dair ilkin olaraq yoxlanılmalı olan 3817 təhlükəsizlik parametri müəyyən edilib.