ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Mentorluq proqramı çərçivəsində qaliblərin peşəkar inkişafı və gələcək fəaliyyət planları müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə görüşüb.

Dövlət Xidmətinin rəisi qalibləri təbrik edib, müsabiqənin onların bilik və bacarıqlarının təkmilləşməsində, həmçinin gələcək iş həyatında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, müasir əmək bazarında yüksək ixtisaslı kadrlara tələbat artır. Milli iqtisadiyyatın inkişaf tələbləri yeni trendlərə uyğun peşələr üzrə insan kapitalının inkişafını zərurətə çevirib. Bu baxımdan səriştəli və liderlik keyfiyyətləri yüksək olan mütəxəssislərin önə çıxarılması və idarəetmə prosesinə cəlb edilməsi mühüm əhəmiyyətə malikdir.

Məmməd Abbasbəyli Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq biznes mühitində rəqabətin təşviqi, istehlakçıların hüquqlarının qorunması üzrə həyata keçirilən tədbirlərlə bağlı öz təcrübəsini bölüşüb. Müsabiqə qalibləri fəaliyyət göstərdikləri sahələrdə gələcək inkişaf hədəfləri barədə fikirlərini qeyd ediblər. Görüş idarəetmədə müasir çağırışlar və tendensiyaların tətbiqi ətrafında müzakirələrlə davam etdirilib.

Mentorluq proqramı çərçivəsində qaliblərə fərdi və peşəkar inkişafları ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.