ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində uyğunluğu qiymətləndirən qurumlarla görüş keçirilib

Akkreditasiya sahəsində qüvvədə olan normativ hüquqi aktların, o cümlədən AZS 498-2022 “Uyğunluğun qiymətləndirilməsi. Malların sertifikatlaşdırılması qaydası” dövlət standartının tələbləri barədə məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində malların, işlərin, xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirən akkreditasiya olunmuş 20-yə yaxın uyğunluğu qiymətləndirən qurumla akkreditasiya sahəsində qüvvədə olan qanunvericiliyin və normativ sənədlərin tələbləri, mövcud problemlər və həlli yollarına dair görüş keçirilib.

Görüşdə akkreditasiya sahəsində qüvvədə olan normativ hüquqi aktların, o cümlədən AZS 498-2022 “Uyğunluğun qiymətləndirilməsi. Malların sertifikatlaşdırılması qaydası” dövlət standartının tələbləri, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn layihələr barədə məlumat verilib.

Bundan əlavə, tədbirdə sertifikatlaşdırma sahəsində beynəlxalq təcrübə, uyğunluğun qiymətləndirilməsi sahəsində gələcək hədəflərə dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda iştirakçıların sual və təklifləri dinlənilib, onlara müvafiq izahat verilib.