ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində sahibkarlar üçün maarifləndirici seminar keçirilib

Sahibkarlara əqli mülkiyyət obyektlərindən qanunsuz istifadənin mümkün riskləri və mənfi təsirləri barədə məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Əqli Mülkiyyət Agentliyi tərəfindən əqli mülkiyyət obyektlərindən qanunsuz istifadənin mümkün riskləri və mənfi təsirləri barədə haqsız rəqabət və reklam qanunvericiliyi sahəsində bazar subyektlərinin maarifləndirilməsi məqsədilə seminar keçirilib.

Təlimdə Dövlət Xidmətinin nümayəndələri haqsız rəqabət və reklam qanunvericiliyinin tələblərinə dair təqdimatlarla çıxış edib, sahibkarlara müvafiq sahədə hüquq və öhdəlikləri barədə məlumat veriblər.

Seminarın sonunda iştirakçıların sual və təklifləri dinlənilib, onlara müvafiq izahat verilib.