twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Beynəlxalq standartların tətbiqi mövzusunda seminar keçirilib

Seminar Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatçılığı ilə Avropa İttifaqının TAIEX layihəsi çərçivəsində baş tutub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) TAIEX layihəsi çərçivəsində “ISO 37001 Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” beynəlxalq standartının tətbiqi mövzusunda seminar keçirilib.

Görüşdə iştirakçılara Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə, idarəetmədə şəffaflığın təmin edilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, hesabatlılığın artırılması,  biznes mühitinin əlverişliliyinin daha da yüksəldilməsi və ictimai nəzarətin gücləndirilməsi istiqamətlərində uğurla həyata keçirilən tədbirlər barədə məlumat verilib.

İki gün davam edən seminarda məqsəd iştirakçıların antikorrupsiya və rüşvətxorluğa qarşı idarəetmə sistemi haqqında nəzəri bilik və texniki bacarıqlarını təkmilləşdirmək, həmçinin ictimai nəzarət altında ədalətli, şəffaf, təhlükəsiz, açıq və etik tədbirləri görmək, təşviq etmək və həyata keçirmək məqsədilə məlumatlılığını artırmaq olub.

Seminar Aİ-nin ekspertləri Litvanın Xüsusi Araşdırma Xidmətinin Fəaliyyətin idarəedilməsi şöbəsinin müdir müavini Edvinas Chorostinas və Litvanın Kazimieras Simonavisius Universitetinin, Milli Antikorrupsiya Assosiasiyasının əməkdaşı ISO 37001:2016 üzrə beynəlxalq ekspert, auditor və məsləhətçi Raimundas Kalesnykas tərəfindən keçirilib.

Seminarda İqtisadiyyat Nazirliyi, Nazirliyin tabeliyində olan qurumlar və digər dövlət qurumlarının, müəssisə və təşkilatların 30-dan çox nümayəndəsi iştirak edib.