twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Tibb müəssisələrində tipi təsdiq edilməmiş, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır.

  • Özəl tibb müəssisələrinin istifadəsində olan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi təmin edilməlidir;
  • Ölçmə vasitələri dövri yoxlamadan keçirilməlidir;
  • Ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlanma aparılmamalı və ölçmə vasitələrinə müdaxilə edilməməlidir;
  • Yararsız ölçmə vasitələrindən istifadəyə yol verilmir.

Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə bu sahədə mövcud vəziyyət, çatışmazlıqlar və onların aradan qaldırılması üsulları müzakirə olunub və özəl tibb müəssisələri tərəfindən həyata keçirilməsi zəruri olan tədbirlər barədə məlumat verilib. Bildirilib ki, qanunvericiliyə əsasən mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində tipi təsdiq edilməmiş, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır. Özəl tibb müəssisələrinin nümayəndələrinin diqqətinə çatdırılıb ki, müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl edilməməsi məsuliyyətə səbəb olur.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.