İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ISO 26000:2022 “Sosial məsuliyyət üzrə rəhbərlik” dövlət standartı qəbul edilib.
Standart sosial məsuliyyətlə bağlı anlayışları, ekologiya, etik biznes təcrübələrinə dair prinsip və fəaliyyətləri, maraqlı tərəflərin və onlarla əlaqələrin müəyyən edilməsi prosedurlarını, sosial məsuliyyətlə bağlı öhdəlikləri müəyyən edir və ölçüsündən və fəaliyyət istiqamətindən asılı olmayaraq bütün müəssisələrə şamil edilir.
Standartın tətbiqi müəssisələrdə ətraf mühitin qorunmasına, şəffaflığın təmin edilməsinə, beynəlxalq davranış qaydalarına əməl etməklə sosial məsuliyyətin davamlı inkişafına töhfə verəcək.