İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə mediatorlar üçün təşkil edilən istehlakçı hüquqlarının müdafiəsinə dair maarifləndirmə kurslarının növbəti mərhələsi başa çatıb. Kursları bitirən daha 30 mediatora sertifikatlar təqdim olunub.
Mediatorların bilik və bacarıqlarının artırılmasına yönələn onlayn təlimlərdə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən istehlakçının hüquq və vəzifələri, istehlakçıların hüquqlarının müdafiəsi mexanizmləri, istehlak bazarına nəzarət tədbirləri, təbii inhisarlara dövlət nəzarəti, istehlak mallarının keyfiyyət və təhlükəsizlik standartları barədə məlumatlar verilib.
Qeyd edək ki, bu cür təlimlərin təşkil olunması istehlakçı hüquqlarının qorunmasında sistemli yanaşmanın tətbiqinə, mediatorların bilik və təcrübəsini artıraraq fəaliyyətlərinin daha effektiv qurulmasına və nəticə etibarı ilə məhkəmələrin iş yükünün azalmasına xidmət edir.