Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Məktəbyaşlı uşaqların istehlakçı hüquqları barədə maarifləndirilməsi məqsədilə növbəti açıq dərslər keçirilib

Kiçik istehlakçılara öz hüquqları praktiki nümunələr əsasında izah olunub, bu hüquqların qorunması ilə bağlı müvafiq tövsiyələr verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində Bakı şəhərinin ümumtəhsil məktəblərində açıq dərslər keçirilib. Bu çərçivədə növbəti görüşlər Xətai rayonu 55 nömrəli, Nizami rayonu 214 nömrəli və Binəqədi rayonu 205 nömrəli tam orta ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil olunub.

Məktəbyaşlı uşaqlara istehlakçı hüquqları ilə bağlı ilkin biliklərin aşılanması məqsədilə keçirilən açıq dərslər zamanı Agentliyin əməkdaşları tərəfindən təqdimatlar edilib. Şagirdlərə malın dəyişdirilməsi və qaytarılması zamanı riayət olunmalı qaydalar, eləcə də geri qaytarılması mümkün olmayan mallar barədə ətraflı məlumat verilib.

Həmçinin kiçik istehlakçılara mağazada alış-veriş edərkən və ya hər hansı xidmətdən istifadə zamanı məlumat almaq, sərbəst seçim etmək kimi əsas istehlakçı hüquqlarından necə istifadə etmə olduqları praktiki nümunələr əsasında izah edilib, eləcə də bu hüquqların qorunması ilə bağlı müvafiq tövsiyələr verilib.

Görüşlər zamanı məktəblilərin mövzu ilə bağlı ünvanladıqları suallar cavablandırılıb, onları maraqlandıran məqamlara aydınlıq gətirilib.