Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Sumqayıt şəhərində istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə təşkil olunmuş “Açıq qapı” günündə istehlakçı hüquqları və bu hüquqların müdafiəsi mexanizmləri barədə məlumat verilib, istehlakçı hüquqları ilə bağlı təcrübədə rast gəlinən pozuntularla əlaqədar qanunvericiliyin tələbləri izah edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.

Bu çərçivədə Agentliyin 2 saylı regional bölməsinin (əhatə etdiyi inzibati ərazilər: Sumqayıt, Xırdalan, Xızı, Siyəzən) təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə istehlakçılar üçün “Açıq qapı” günü təşkil olunub.  

30-dan çox istehlakçının iştirak etdiyi görüşdə əvvəlcə Agentliyin fəaliyyət istiqamətlərinə dair videoçarx nümayiş etdirilib. Daha sonra istehlakçı hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik aktları, təcrübədə rast gəlinən pozuntu halları və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda, istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları və məhkəmələrin bu sahədə rolu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində istehlakçı hüquqlarının pozulması halları ilə bağlı iştirakçıların sualları cavablandırılıb, Agentliyə müraciət mexanizmləri izah olunub.