Layihə
“Daşınmaya (nəql edilməyə) və (və ya) istifadəyə hazırlanmış yanar təbii qazın təhlükəsizliyi haqqında texniki reqlament”in təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Daşınmaya və (və ya) istifadəyə hazırlanmış yanar təbii qazın təhlükəsizliyi haqqında texniki reqlament” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “__” ______ 2025-ci il
№ ___
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2025-ci il ______ tarixli ____ nömrəli Qərarı ilə
təsdiq edilmişdir
Daşınmaya (nəql edilməyə) və (və ya) istifadəyə hazırlanmış yanar təbii qazın təhlükəsizliyi haqqında texniki reqlament
1. Ümumi müddəalar
1.1. “Daşınmaya (nəql edilməyə) və (və ya) istifadəyə hazırlanmış yanar təbii qazın təhlükəsizliyi haqqında texniki reqlament” (bundan sonra – texniki reqlament) Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan və dövriyyədə olan nəql edilməyə və istifadəyə hazırlanmış yanar təbii qazların (bundan sonra – məhsul) təhlükəsiz şəkildə ölkə daxilində sərbəst dövriyyəsinin təmin edilməsi məqsədilə hazırlanmışdır.
1.2 Texniki reqlament yanar təbii qazın dövriyəsi zamanı insanların həyatı və sağlamlığının, əmlakın, ətraf mühitin, heyvanlar və bitkilərin həyatı və (və ya) sağlamlığının müdafiəsinin, istehlakçılar tərəfindən (istifadəçilər) mümkün yanlış hərəkətlərin qarşısının alınmasının, eləcə də enerji effektivliyinin və resurslara qənaətin təmin edilməsi üçün zəruri olan tələbləri müəyyən edir.
1.3. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan və dövriyyədə olan yanar təbii qazlar bu texniki reqlamentin tələblərinə cavab verməlidir.
2. Texniki reqlamentin tətbiq sahəsi
2.1. Bu texniki reqlamentin şamil olunduğu yanar təbii qazlara “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq siyahısı bu texniki reqlamentin 1 nömrəli əlavəsində verilən yanar təbii qazlara şamil edilir.
2.2. Texniki reqlament Dövlət müdafiə sifarişləri əsasında, ixrac üçün tədarük olunan məhsullara, Dövlət material ehtiyatının mühafizəsini təmin edən təşkilatlarda saxlanılan məhsullara şamil edilmir.
2.3. Bu texniki reqlamentdə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.3.1. məhsulun dövriyyəyə buraxılması – məhsulun kommersiya fəaliyyəti zamanı istehlak bazarı ödənişsiz və ya ödənişli əsaslarla yayılması məqsədi ilə tədarükü və ya idxalı (o cümlədən, qaz anbarlarından tədarükü);
2.3.2. yanar təbii qaz – bütün növ karbohidrogen xammalı yataqlarından çıxarılmış, əsasən metandan ibarət olan və tərkibində daha ağır karbohidrogenlər, azot, karbon dioksid, su buxarları, kükürd tərkibli birləşmələr, təsirsiz qazlar, eləcə də digər komponentlərin izləri olan qazabənzər qarışıq;
2.3.3. sıxılmış qaz – yanacaq kimi, o cümlədən, daxili yanma mühərriklərində istifadə üçün xüsusi hazırlanmış qaz;
2.3.4. daşınmaya hazırlanmış qaz – magistral qaz kəmərləri ilə təhlükəsiz nəqlinin təmin edilməsi üçün texnoloji əməliyyatlardan keçirilmiş təbii qaz;
2.3.5. sənaye və kommunal-məişət təyinatlı qaz – xammal və (və ya) yanacaq kimi sənaye və kommunal-məişətdə istifadə üçün hazırlanmış təbii qaz;
2.3.6. maye qaz– saxlanma və (və ya) daşınma məqsədi ilə xüsusi hazırlıqdan sonra soyudulma yolu ilə maye halına gətirilmiş, yanacaq kimi istifadə edilən yanar təbii qaz;
2.3.7. istehsalçı – öz adından məhsulun istehsalı və ya istehsalı və satışını həyata keçirən və onun bu texniki reqlamentin tələblərinə uyğunluğuna görə məsuliyyət daşıyan hüquqi şəxs və ya fərdi sahibkar kimi qeydiyyatdan keçmiş fiziki şəxs, o cümlədən, əcnəbi istehsalçı;
2.3.8. məhsulun bazarda dövriyyəsi – məhsulun istehsalçı tərəfindən dövriyyəyə buraxılması anından istehlakçıya qədər keçdiyi mərhələləri;
2.3.9 partiya –vahid keyfiyyət pasportu ilə müşayiət olunan, eyni təyinatlı və markalı (mövcud olduğu halda) məhsulun miqdarı;
2.3.10. məhsulun keyfiyyət pasportu – bu sənədi tərtib etmiş və məhsulun ya istehsalını, ya daşınmasını, ya saxlanmasını, ya da satışını həyata keçirən təşkilat haqqında məlumatları və məhsulun laboratoriya sınaqları nəticəsində əldə olunmuş keyfiyyət göstəricilərinin faktiki qiymətlərini ehtiva edən sənəd;
2.3.11. istehlakçı – məhsulu yalnız şəxsi ehtiyacları üçün almaq niyyətində olan və ya alan hüquqi şəxs və ya fiziki şəxs;
2.3.12. satıcı – fərdi sahibkar kimi qeydiyyatdan keçmiş, məhsulun istehlakçıya satışını həyata keçirən və Azərbaycan Respublikası ərazisində bu texniki reqlamentin tələblərinə uyğun məhsulun yerləşdirilməsinə görə məsuliyyət daşıyan hüquqi və ya fiziki şəxs;
2.3.13. istehsalçı tərəfindən səlahiyyətləndirilmiş şəxs - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun ərazisində qeydiyyatdan keçmiş, istehsalçı ilə müqavilə əsasında məhsulun uyğunluğunun qiymətləndirilməsi və dövriyyəyə buraxılması zamanı bu istehsalçının adından fəaliyyət həyata keçirən, eləcə də, məhsulun bu texniki reqlamentin tələblərinə uyğun olmamasına görə məsuliyyət daşıyan hüquqi şəxs və ya fiziki şəxs.
3. Daşınmaya (nəql edilməyə) və (və ya) istifadəyə hazırlanmış təbii qazın istehlak bazarında dövriyyəsinə dair tələblər
3.1.Daşınmaya və (və ya) istifadəyə hazırlanmış qaz bu texniki reqlamentin, habelə Azərbaycan Respublikasında qüvvədə olan digər texniki reqlamentlərin (tətbiq olunduqda) tələblərinə uyğun olduqda və bu sənədin 6-cı hissəsində, eləcədə Azərbaycan Respublikasında qüvvədə olan digər texniki reqlamentlərdə (tətbiq olunduqda) göstərilən qaydada uyğunluğu qiymətləndirildikdə Azərbaycan Respublikası ərazisində istehlak bazarlarında dövriyyəyə buraxıla bilər.
3.2.İstehlakçının tələbi ilə istehsalçı (istehsalçı tərəfindən səlahiyyət verilmiş şəxs) və ya satıcı məhsulun bu texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən sənədləri (məhsulun bu texniki reqlamentin tələblərinə uyğunluğu haqqında bəyannamənin və məhsulun keyfiyyət pasportunun surətlərini) təqdim etməlidir.
3.3. Azərbaycan Respublikası ərazisində istehlak bazarlarında uyğunluq nişanı ilə nişanlanmamış etiketlənmiş məhsulun dövriyyəyə buraxılmasına yol verilmir.
4. Təhlükəsizlik tələbləri
4.1. Daşınmaya (nəql edilməyə) hazırlanmış qaz 2 nömrəli əlavədə verilən tələblərə uyğun olmalıdır.
4.2. Sənaye və kommunal-məişət təyinatlı qaz 3 nömrəli əlavədə verilən tələblərə uyğun olmalıdır.
4.3. Sıxılmış qaz 4 nömrəli əlavədə verilən tələblərə uyğun olmalıdır.
4.4. Maye qaz 5 nömrəli əlavədə verilən tələblərə uyğun olmalıdır.
4.5. Dövriyyəyə buraxılan və (və ya) dövriyyədə olan hər bir məhsul partiyası məhsulun aşağıdakı informasiyanı ehtiva edən keyfiyyət pasportu ilə müşayiət olunmalıdır:
4.5.1. Məhsulun adı, markası (mövcud olduğu halda) və şərti işarəsi (mövcud olduğu halda);
4.5.2. Pasportu tərtib edən və məhsulun ya istehsalını, ya daşınmasını, ya saxlanmasını, ya da satışını həyata keçirən təşkilatın adı, yerləşmə yeri (hüquqi şəxsin ünvanı) – hüquqi şəxs üçün və ya soyadı, adı və ata adı (mövcud olduğu halda), yaşayış yeri – fərdi sahibkar kimi qeydiyyatdan keçmiş fiziki şəxs üçün;
4.5.3. İstehsalçının əmtəə nişanı (mövcud olduğu halda) (pasporta vurulur);
4.5.4. İstehsalçı tərəfindən səlahiyyət verilmiş şəxsin adı, yerləşmə yeri (hüquqi şəxsin ünvanı)– hüquqi şəxs üçün və ya soyadı, adı və ata adı (mövcud olduğu halda), yaşayış yeri – fərdi sahibkar kimi qeydiyyatdan keçmiş fiziki şəxs üçün;
4.5.5. Məhsulun istehsal edilməsi zamanı rəhbər tutulan sənədin təyinatı və adı;
4.5.6. Məhsulun bu texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən normativ meyarlar və sınaqların faktiki nəticələri;
4.5.7. Məhsulun partiyasının nömrəsi (mövcud olduğu halda), tədarük tarixi;
4.5.8. Məhsulun Azərbaycan Respublikası ərazisində qəbul edilmiş vahid dövriyyə nişanı (pasporta vurulur);
4.5.9. Pasportun nömrəsi və verilmə tarixi;
4.5.10. Pasportu tərtib edən şəxsin imzası və imzasının açılışı.
4.6. Dövriyyəyə buraxılan məhsul partiyasına dair müşayiət sənədləri dövlət dilində tərtib edilməlidir.
5. Təhlükəsizlik tələblərinə uyğunluğun təmin edilməsi
5.1. yanar Təbii qazın təhlükəsizliyi texniki reqlamentin, habelə Azərbaycan Respublikasında qüvvədə olan və ona şamil edilən digər texniki reqlamentlərin tələblərinə əməl edilməsi ilə təmin edilir.
5.2. Texniki reqlamentin tələblərinin tətbiqi və həyata keçirilməsi və yanar təbii qazın uyğunluğunun qiymətləndirilməsi üçün zəruri olan nümunələrin götürülməsi qaydaları, o cümlədən, tədqiq (sınaq) və ölçmələrin qayda və üsulları standartlar siyahısına daxil edilmiş istinad standartları ilə və ya texniki şərtlərlə müəyyən edillir.
6. Daşınmaya (nəql edilməyə) və (və ya) istifadəyə hazırlanmış qazın uyğunluğunun qiymətləndirilməsi (təsdiqi)
6.1. Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan məhsul (qaz) bu texniki reqlamentin tələblərinə uyğunluq baxımından qiymətləndirilməlidir (təsdiq edilməlidir).
6.1.1 Bu Texniki reqlamentlə əhatə olunan Daşınmaya (nəql edilməyə) hazırlanmış qaz bazara yerləşdirilməzdən əvvəl bu Texniki reqlamentdə nəzərdə tutulmuş məcburi təhlükəsizlik tələblərinə uyğunluğun qiymətləndirilməsi prosedurlarından (bundan sonra – uyğunluğun qiymətləndirilməsi) keçməlidir.
Uyğunluğun qiymətləndirilməsi uyğunluğun təsdiqlənməsi formasında həyata keçirilir.
6.1.2 Daşınmaya (nəql edilməyə) hazırlanmış qaz bu Texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi aşağıdakı üsullarla təmin olunur:
- sertifikatlaşdırma;
- uyğunluq bəyannaməsinin tərtibi.
6.1.3 Uyğunluğun qiymətləndirilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar (bundan sonra - uyğunluğu qiymətləndirən qurum) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “___”_______ tarixli _____ nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları” əsasında həyata keçirilir.
6.2 Məhsulun bu texniki reqlamentin tələblərinə uyğunluğunun təsdiqi (bundan sonra – uyğunluğun təsdiqi) uyğunluğun qiymətləndirilməsinin tipik sxemləri əsasında həyata keçirilir:
6.3. Daşınmaya (nəql edilməyə) hazırlanmış qaz üçün – 1b və ya 3b və ya 6b sxemi üzrə;
6.3.1 Seriya ilə buraxılan sənaye və kommunal-məişət təyinatlı qaz və sıxılmış qaz üçün – 1b və ya 3b və ya 6b sxemi üzrə;
6.3.2 Partiyalarla buraxılan və ya idxal edilən sənaye və kommunal-məişət təyinatlı qaz və sıxılmış qaz üçün – 4b sxemi üzrə;
6.3.3. Maye qaz üçün – 3b və ya 6b sxemi üzrə.
6.4 Məhsulun bu texniki reqlamentin tələblərinə uyğunluğunun təsdiqi zamanı ərizəçi uyğunluq bəyannaməsinin qeydiyyatı üçün aşağıdakı sənədlər dəstini hazırlamlıdır:
6.4.1 Məhsulun bu texniki reqlamentin tələblərinə uyğunluğu haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən vahid formada rəsmiləşdirilmiş bəyannamə;
6.4.2 Məhsulun bu texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən sınaq protokolları;
6.4.3 Keyfiyyət idarəetmə sisteminə dair sertifikatın surəti (6b sxemi üzrə bəyan edildikdə);
6.4.4 Qanunvericiliyə müvafiq olaraq hüquqi şəxsin və ya fərdi sahibkar kimi fiziki şəxsin dövlət qeydiyyatı zamanı verilən ərizəçinin qeydiyyat və ya uçot (fərdi, eyniləşdirmə) nömrəsi haqqında məlumatlar;
6.4.5 Məhsul partiyasının tədarükü haqqında müqavilə (4b sxemi üzrə bəyan edilmə zamanı).
6.5. Uyğunluq bəyannaməsi İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən qaydada qeydiyyatdan keçirilməlidir.
Bəyannamənin qüvvədə olma müddəti:
1b və 3b sxemləri üzrə bəyan edilmə zamanı – maksimum 3 il;
4b sxemi üzrə bəyan edilmə zamanı – məhsulun saxlanma müddəti nəzərə alınmaqla, lakin 3 ildən çox olmayaraq;
6b sxemi üzrə bəyan edilmə zamanı – maksimum 5 il təşkil edir.
6.6. Bu bölmənin 6.4 bəndində nəzərdə tutulmuş sənədlər dəsti aşağıda qeyd olunan müddətlərdə saxlanılmalıdır:
- istehsalçı və ya istehsalçı tərəfindən səlahiyyət verilmiş şəxsdə-uyğunluq bəyannaməsinin qüvvədə olma müddətinin bitdiyi tarixdən azı 10 il ərzində;
- satıcıda–məhsulun satış tarixindən etibarən azı 10 il ərzində saxlanmalıdır.
Sənədlər dəsti dövlət nəzarət orqanlarının tələbi ilə onlara təqdim edilməlidir.
6.7. Dövriyyədə olan məhsul sınaqlardan keçməlidir.
6.8. Dövriyyədə olan məhsulun sınaqları bu texniki reqlamentin tələblərinə uyğunluğun müəyyən edilməsi üçün aparılır və satıcı tərəfindən həyata keçirilir.
6.9. Sınaqların keçirilmə qaydasına aşağıdakılar daxildir:
6.9.1. Məhsulun nümunələrinin götürülməsi;
6.9.2. Məhsul nümunələrinin sınaqları Uyğunluğun qiymətləndirilməsi akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən, 1b və 2b sxemləri üzrə mal nümunəsinin sınağı istehsalçının sınaq laboratoriyasında və ya akkreditasiya edilmiş sınaq laboratoriyasında, 3b, 4b, 6b sxemləri üzrə isə yalnız akkreditasiya edilmiş sınaq laboratoriyasında həyata keçirilməsi;
6.9.3. Sınaq nəticələrinin və məhsulun bu texniki reqlamentin tələblərinə uyğun olmasına dair rəyin məhsulun keyfiyyət pasportuna daxil edilməsi.
7. Məhsulun istehlak bazarında uyğunluq nişanı ilə nişanlanması
7.1. Texniki reqlamentin tələblərinə uyğun olan və bu sənədin 6-ci hissəsində qeyd olunan üsulla uyğunluğu qiymətləndirilən məhsullar istehlak bazarında dövriyyəyə buraxılmazdan əvvəl uyğunluq nişanı ilə nişanlanmalıdır.
7.2. məhsulların üzərinə uyğunluq nişanının vurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 216 nömrəli Qərarı ilə təsdiq olunan “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun həyata keçirilir.
7.3. Bazarda məhsulun vahid dövriyyə nişanı hər bir məhsula, məhsulun bütün xidmət müddəti ərzində dəqiq və aydın təsviri təmin edən istənilən üsulla vurulur, eləcə də ona əlavə edilən istismar sənədlərində göstərilir.
7.4. məhsullar Azərbaycan Respublikasında qüvvədə olan və onlara şamil edilən bütün texniki reqlamentlərin tələblərinə uyğun olduqda və uyğunluq nişanının tətbiqi nəzərdə tutulduqda uyğunluq nişanı ilə nişanlanmalıdır.
8. Texniki reqlamentin tələblərinə nəzarət
8.1. İstehlak bazarlarında bu texniki reqlamentin tələblərinə uyğun olmayan məhsullara qarşı nəzarət tədbirləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılır.
9. Yekun müddəalar
9.1. Texniki reqlament dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.
“Daşınmaya və (və ya) istifadəyə hazırlanmış yanar
təbii qazın təhlükəsizliyi haqqında” texniki reqlamentə
1 nömrəli əlavə
“Daşınma və (və ya) istifadə üçün hazırlanmış yanar təbii qazın təhlükəsizliyi haqqında” texniki reqlamentin şamil olunduğu yanar təbii qazların siyahısı
Bu texniki reqlamentin şamil olunduğu yanar təbii qazlara “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq aşağıdakılar aiddir:
Sıra №-si |
Malın adı |
XİF MN üzrə kod |
Uyğunluğun qiymətləndirilməsi (təsdiqi) üzrə sənədlər |
1 |
Magistral qaz kəmərləri üzrə daşınması üçün hazırlanmış yanar təbii qaz |
2711 21 000 0 |
Uyğunluq bəyannaməsi |
2 |
Sənayə və məişət-kommunal təyinatlı yanar təbii qaz |
2711 21 000 0 |
Uyğunluq bəyannaməsi |
3 |
Sıxılmış yanar təbii qaz |
2711 21 000 0 |
Uyğunluq bəyannaməsi |
4 |
Mayeləşdirilmiş yanar təbii qaz |
2711 11 000 0 |
Uyğunluq bəyannaməsi |
“Daşınmaya və (və ya) istifadəyə hazırlanmış yanar
təbii qazın təhlükəsizliyi haqqında” texniki reqlamentə
2 nömrəli əlavə
Magistral qaz kəmərləri ilə nəql edilməyə hazırlanmış təbii qaza dair tələblər
Sıra №-si |
Göstəricinin adı |
Ölçü vahidi |
Norma |
|
minimal |
maksimal |
|||
1 |
Komponentlərin molyar payı (komponent tərkibi) |
% |
normalaşdırılmır, təyin edilməsi vacibdir |
|
2 |
Oksigenin molyar payı |
% |
- |
0,020 |
3 |
Karbon dioksidin molyar payı |
% |
- |
2,5 |
4 |
Hidrogen sulfidin kütlə konsentrasiyası |
q/m |
- |
0,007 |
5 |
Merkaptan kükürdün kütlə konsentrasiyası |
q/m |
- |
0,016 |
6 |
Ümumi kükürdün kütlə konsentrasiyası |
q/m |
- |
0,030 |
7 |
Həcmi yanma istiliyi ən aşağı |
MC/m (kkal/m) |
31,80 (7600) |
- |
8 |
Sıxlıq |
kq/m |
normalaşdırılmır, təyin edilməsi vacibdir |
|
9 |
Su üzrə şeh nöqtəsi temperaturu: mülayim iqlim üçün: qış dövrü yay dövrü soyuq iqlim üçün: qış dövrü yay dövrü |
°С |
|
-10,0 (-5,0) -10,0 (-3,0) -20,0 -14,0 (-10,0) |
10 |
Karbohidrogenlər üzrə şeh nöqtəsi temperaturu: mülayim iqlim üçün: qış dövrü yay dövrü soyuq iqlim üçün: qış dövrü yay dövrü |
°С |
- |
-2,0 (0,0) -2,0 (0,0) -10,0 -5,0 |
11 |
Mexaniki qatışıqların kütlə konsentrasiyası |
q/m |
- |
0,001 |
Qeydlər:
1. Yay dövrü - 1 maydan 30 sentyabra qədər. Qış dövrü - 1 oktyabrdan 30 aprelə qədər Azərbaycan Respubliksının aidiyyatlı qurumları ilə razılaşdırılmaqla dəqiqləşdirilə bilər.
2. 4-8 və 11 göstəricilərinin normaları 101,325 kPa standart təzyiq və 20,0°С standart temperaturda müəyyən edilib. Həcmi yanma istiliyinin hesablanması zamanı standart yanma temperaturu 25°С təşkil edir.
3. 7 göstəricisinin hesablanması zamanı 4,1868 Coula bərabər 1 kalori qəbul edilir.
4. 9 göstəricisinin normaları 3,92 MPa mütləq təzyiqində müəyyən edilib.
5. 10 göstəricisinin normaları 2,5-dən 7,5 MPa-dək mütləq təzyiq, maksimal işçi təzyiqi 7,5 MPa-dan çox olan qaz nəqli sistemləri üçün – nümunənin götürülmə nöqtəsindəki təzyiqdə müəyyən edilib.
6. 9 və 10 göstəriciləri üçün mötərizələrdə verilmiş normalar tədarük edən və qəbul edən tərəflər arasında razılaşdırma əsasında 2000-ci il daxil olmaqla qeyd edilən ilədək işə salınmış yataqlar və yeraltı anbarlar üçün tətbiq edilir.
7. Tərkibində karbohidrogenlərin miqdarı 1,0 q/m-dən çox olmayan yanar təbii qaz üçün 10 göstəricisinin normalaşdırılmaması yolveriləndir.
Karbohidrogenlərin kütlə konsentrasiyası komponent tərkibi əsasında aşağıdakı düsturla hesablanır:
burada:
- tədqiq edilən qazda pentanların cəminin molyar payı, %;
- tədqiq edilən qazda heksanların cəminin molyar payı, %;
- tədqiq edilən qazda heptanların cəminin molyar payı, %
- tədqiq edilən qazda oktanların cəminin molyar payı, %.
“Daşınmaya və (və ya) istifadəyə hazırlanmış yanar təbii
qazın təhlükəsizliyi haqqında” texniki reqlamentə
Sənaye və kommunal-məişət təyinatlı yanar təbii qaza dair tələblər
Sıra №-si |
Göstəricinin adı |
Ölçü vahidi |
Norma |
|
minimal |
maksimal |
|||
1 |
Komponentlərin molyar payı (komponent tərkibi) |
% |
normalaşdırılmır, təyin edilməsi vacibdir |
|
2 |
Oksigenin molyar payı |
% |
- |
0,050 |
3 |
Karbon dioksidin molyar payı |
% |
- |
2,5 |
4 |
Hidrogen sulfidin kütlə konsentrasiyası |
q/m |
- |
0,020 |
5 |
Merkaptan kükürdün kütlə konsentrasiyası |
q/m |
- |
0,036 |
6 |
Həcmi yanma istiliyi ən aşağı |
MC/m (kkal/m) |
31,80 (7600) |
- |
7 |
Vobbe ədədi ən yüksək |
MC/m (/m) |
41,20 (9840) |
54,50 (13020) |
8 |
Vobbe ədədinin nominal qiymətdən kənara çıxması |
% |
- |
±5 |
9 |
Sıxlıq |
kq/m |
normalaşdırılmır, təyin edilməsi vacibdir |
|
10 |
Su üzrə şeh nöqtəsi temperaturu |
°С |
- |
Qazın temperaturu |
11 |
Karbohidrogenlər üzrə şeh nöqtəsi temperaturu |
°С |
- |
Qazın temperaturu |
12 |
Mexaniki qatışıqların kütlə konsentrasiyası |
q/m |
- |
0,001 |
13 |
Qoxunun intensivliyi |
bal |
3 |
- |
Qeydlər:
1. 4-7, 9 və 12 göstəricilərinin normaları 101,325 kPa standart təzyiq və 20,0°С standart temperaturda müəyyən edilib. Həcmi yanma istiliyinin hesablanması zamanı standart yanma temperaturu 25°С təşkil edir.
2. 6 və 7 göstəricilərinin hesablanması zamanı 4,1868 Coula bərabər 1 kalori qəbul edilir.
3. 6-8 göstəriciləri yalnız yanacaq kimi istifadə edilən TYQ-ya şamil olunur.
4. Vobbe ədədinin nominal qiyməti istehlakçı ilə razılaşdırılmaqla ayrıca qaz paylayıcı sistemlər üçün 7 göstəricisinin norması hüdudlarında müəyyən edilir.
5. 10 və 11 göstəricilərinin normaları nümunənin götürülməsi nöqtəsindəki təzyiqlə müəyyən edilib.
6. Tərkibində C5+ən yüksək karbohidrogenlərin miqdarı 1,0 q/m-dən çox olmayan TYQ üçün 11 göstəricisinin normalaşdırılmaması yolveriləndir. Karbohidrogenlərin kütlə konsentrasiyası q/m komponent tərkibi əsasında aşağıdakı düsturla hesablanır:
burada:
- tədqiq edilən qazda pentanların cəminin molyar payı, %;
- tədqiq edilən qazda heksanların cəminin molyar payı, %;
- tədqiq edilən qazda heptanların cəminin molyar payı, %
- tədqiq edilən qazda oktanların cəminin molyar payı, %.
7. 13 göstəricisinin norması həcm payının 1%-ə bərabər olduğu qaz-hava qarışığı üçün müəyyən edilib.
8. 13 göstəricisi yalnız kommunal-məişət təyinatlı TYQ-yə şamil olunur.
9. Sənaye təyinatlı yanar təbii qaz üçün 13 göstəricisinin norması istehlakçı ilə razılaşdırılmaqla müəyyən edilir.
10. İstehlakçı ilə razılaşdırılmaqla və 10 göstəricisinin normalaşdırılan qiymətinin mütləq təmin edilməsi şərti ilə müstəsna olaraq bu istehlakçıya aparan qaz kəmərləri ilə karbon dioksidin molyar payı 4%-dək olan yanar təbii qazın vurulması yolveriləndir.
“Daşınmaya və (və ya) istifadəyə hazırlanmış yanar
təbii qazın təhlükəsizliyi haqqında” texniki reqlamentə
4 nömrəli əlavə
Sıxılmış yanar təbii qaza dair tələblər
Sıra №-si |
Göstəricinin adı |
Ölçü vahidi |
Norma |
|
minimal |
maksimal |
|||
1 |
Komponentlərin molyar payı (komponent tərkibi) |
% |
normalaşdırılmır, təyin edilməsi vacibdir |
|
2 |
Həcmi yanma istiliyi ən aşağı |
MC/m |
31,80 |
- |
3 |
Havaya nisbətdə sıxlığı |
- |
0,55 |
0,70 |
4 |
Hesanlanmış metan ədədi |
- |
70 |
- |
5 |
Hidrogen sulfidin kütlə konsentrasiyası |
q/m |
- |
0,02 |
6 |
Merkaptan kükürdün kütlə konsentrasiyası |
q/m |
- |
0,036 |
7 |
Qeyri-alışqan komponentlərin molyar payı (ümumi) |
% |
- |
7,0 |
8 |
Oksigenin molyar payı |
% |
- |
1,0 |
9 |
Su buxarlarının kütlə konsentrasiyası |
q/m |
- |
0,009 |
10 |
Mexaniki qatışıqların kütlə konsentrasiyası |
q/m |
- |
0,001 |
Qeyd:
1. 2, 5, 6, 9 və 10 göstəricilərinin qiymətləri 101,325 kPa standart təzyiq və 20,0°С standart temperaturda müəyyən edilib. Həcmi yanma istiliyinin hesablanması zamanı standart yanma temperaturu 25°С təşkil edir.
2. Balona doldurulan TYQ-nın temperaturu ətraf havanın temperaturundan maksimum 15,0°С yüksək ola bilər, lakin 60,0°С-dən çox olmamalıdır.
“Daşınmaya və (və ya) istifadəyə hazırlanmış yanar
təbii qazın təhlükəsizliyi haqqında” texniki reqlamentə
5 nömrəli əlavə
Təbii maye yanar qaza dair tələblər
Sıra №-si |
Göstəricinin adı |
Ölçü vahidi |
Norma |
|||||
Aviasiya qaz-turbin mühərrikləri üçün TMQ (marka А) |
Avtomobil daxili yanma mühərrikləri üçün TMQ (marka B) |
Energetik qurğular üçün TMQ (marka C) |
||||||
min. |
maks. |
min. |
maks. |
min. |
maks. |
|||
1 |
Komponentlərin molyar payı (komponent tərkibi) |
% |
normalaşdırılmır, təyin edilməsi vacibdir |
|||||
2 |
Metanın molyar payı |
% |
99,0 |
- |
80,0 |
- |
75,0 |
- |
3 |
Vobbe ədədi ən yüksək |
MC/m |
47,2 |
49,2 |
- |
41,2 |
54,5 |
|
4 |
Həcmi yanma istiliyi ən aşağı |
MC/m |
- |
31,8 |
36,8 |
31,8 |
- |
|
5 |
Azotun molyar payı |
% |
- |
- |
5,0 |
- |
5,0 |
|
6 |
Karbon dioksidin molyar payı |
% |
- |
0,005 |
- |
0,015 |
- |
0,030 |
7 |
Oksigenin molyar payı |
% |
- |
0,020 |
- |
0,020 |
- |
0,020 |
8 |
Hidrogen sulfidin kütlə konsentrasiyası |
q/m |
- |
0,020 |
- |
0,020 |
- |
0,020 |
9 |
Merkaptan kükürdün kütlə konsentrasiyası |
q/m |
- |
0,036 |
- |
0,036 |
- |
0,036 |
10 |
Hesablanmış metan ədədi |
- |
- |
70 |
- |
- |
Qeyd: 1. 3, 4, 8 və 9 göstəricilərinin qiymətləri 101,325 kPa standart təzyiq və 20,0°С standart temperaturda müəyyən edilib. Həcmi yanma istiliyinin hesablanması zamanı standart yanma temperaturu 25°С təşkil edir.